ADB-nin icraçı direktoru: "COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir"
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçiriləcək COP29 zamanı Asiya İnkişaf Bankı (ADB) ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq üçün çoxsaylı imkanlar olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ADB-in 11 ölkə, o cümlədən Azərbaycan üzrə icraçı direktoru Reyçel Tompson bildirib.
“Bu, uzun illər ərzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı inkişaf etməkdə olan ADB-nin üzv ölkəsinə qayıdır. Hesab edirəm ki, bu, çox vacib görüşdür. Azərbaycan hökuməti iqlimin maliyyələşdirilməsini həqiqətən mühüm prioritet kimi aydın şəkildə müəyyən edib”, - o qeyd edib.
ADB həmçinin iqlim dəyişikliyi və bununla bağlı iqlim maliyyələşdirməsinə çox sadiqdir: “Düşünürəm ki, səmərəli əməkdaşlıq etmək üçün çox imkanlarımız olacaq və şübhəsiz ki, biz ADB olaraq COP29-un uğurla həyata keçirilməsini təmin etmək üçün Azərbaycan hökuməti ilə birgə işləməyi səbirsizliklə gözləyirik”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...