ADB Baş direktoru: “İqlim məqsədlərinə nail olmaq üçün maliyyələşdirmənin genişləndirilməsi zəruridir”
Mövcud maliyyə axınının artırılması iqlim dəyişikliyi məqsədlərinə nail olmaq üçün lazım olan iqtisadi və sosial dəyişikliklərə nail olmaq üçün açardır.
"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Asiya İnkişaf Bankının (ADB) Baş direktoru Vu Çonq Um Gürcüstanın paytaxtında ADB-nin 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.
Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində ekstremal hava hadisələrinin sayı getdikcə artır: "İqlim dəyişikliyinin təsirləri görünməmiş quraqlıqlardan dağıdıcı daşqınlara qədər getdikcə aydınlaşır və onlar əvvəlkindən daha tez-tez baş verir”.
Oxşar xəbərlər
Avropa və Asiya arasında Orta Dəhlizinin effektivliyinin qiymətləndirilməsi aparılıb
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro...