Ağdamın işğalı, telekanallardakı şadyanalıq, dingildəyən tamaşaçı... - VİDEO
24
iyl
2018
11:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Ağdamın işğalından 25 il ötürdü. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid olub, minlərlə insan fiziki şikəstlik qazanıb. Buna baxmayaraq, dünən telekanallarda şadyanalıq var idi. Bəli, dünən anladıq ki, biz Qarabağı təmamən itirmişik... BAKU.WS xəbər verir ki, Space və ATV kanallarında canlı yayımlanan əyləncəli proqramlar belə təxirə salınmadı. Ən azından, verilişdəki musiqilər seçilərkən altı min şəhidi unutmamaq lazım idi. Mikayıl Güləddinoğlunun təqdim etdiyi "Sevimli mahnı" proqramında əsl toy əhval-ruhiyyəsi var idi.
Müğənnilərlə yanaşı tamaşaçıların da qol götürüb rəqs etməsi nəinki Ağdamın, ümumiyyətlə Qarabağ boyda dərdimizin unudulmasından xəbər verirdi. İfaçının "Anadır arzulara hər zaman Qarabaq" oxuyarkən, gənc qızın dingildəyərək əl çalması isə vəziyyətin daha acınacaqlı olduğunu, gənc nəslin ümumiyyətlə Qarabağ barədə anlayışı olmadığını başa salırdı.
ATV-nin yeni "Salamlar" layihəsi bütün azərbaycanlıları əyləndirməkdə davam etdi. Həm də canlı yayımla. Bu proqramlar hələ bizim izlədiklərimizdir.
Digər kanallardakı proqramlardan məlumatımız olmadığımızdan ancaq bu iki verilişi nümunə gətirə bildik.
Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər
“Qarabağ” Romada belə qarşılandı – VİDEO
Ağdamın “Qarabağ” klubunun futbolçuları UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyunlarını keçirmək üçün İtaliyaya gəliblər. BAKU.WS Oxu.Az-a istina...