“Abşeron” yatağında qaz hasilatı 2024-cü ilin sonuna kimi pik həddə çatacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağından 2024-cü ildə qaz hasilatının 1,5 milyard kubmetr olacağı gözlənilir.
Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.
“2024-cü ildə “Abşeron” yatağından 1,5 milyard kubmetr qaz və 523 min ton kondensat hasil edilib”, - şirkət qeyd edib.
Ümumilikdə, hasilat başlanandan və 2024-cü il mayın 1-nə olan məlumata görə, yataqda 1,2 milyard kubmetr qaz və 484 min ton kondensat hasil edilib.
Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ildə “Abşeron” yatağından 0,8 milyard kubmetr təbii qaz və 0,3 milyon ton kondensat hasil edilib. Belə ki, 2024-cü ildə bu yataqdan qaz hasilatı 87,5 %, kondensat hasilatı 74,3 % artacaq.
Qeyd edək ki, 10 iyul 2023-cü il tarixində “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Abşeron" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başladığını elan ediblər.
Hazırda hasilat "Abşeron" yatağından hasilatın birinci mərhələsi çərçivəsində aparılır. Qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.
Xatırladaq ki, ilkin mərhələdə yataqdan ildə təxminən 1,5 milyard kubmetr, gələcəkdə isə 5 milyard kubmetr təbii qaz hasil ediləcək.
Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci ən böyük qaz yatağıdır.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...