ABŞ və Rusiya prezidentləri arasında müzakirə ediləcək başlıca mövzu açıqlandı
02
dek
2021
18:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşdə Avropadakı vəziyyət başlıca müzakirə mövzusu olacaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Təmas çox vacibdir. Çoxsaylı problemlər var. İkitərəfli məsələlər üzrə irəliləyiş yoxdur. Qarşılıqlı anlaşma yoxdur. Bu kimi məsələlər Avropada gərginlik yaradır”, - o deyib.
Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri ilk dəfə bu il iyunun 16-da İsveçrənin Cenevrə şəhərində görüşüb.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...