ABŞ Ukraynaya yeni yardım paketi ayırıb
11
iyl
2024
22:25
ABŞ Ukraynaya yeni yardım paketi ayırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden uktaynalı həmkarı Volodimir Zelenski ilə görüşündə bildirib.
Qeyd edilir ki, bu, ABŞ-nin milli təhlükəsizlik qanununu qəbul etdikdən sonra imzalanan səkkizinci tədbirlər paketi olacaq.
ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Ukraynaya 225 milyon dollar dəyərində yeni yardım paketinə "Patriot" raket batareyası, NASAMS hava hücumundan müdafiə sisteminin mərmiləri və digər döyüş sursatları daxildir.
Oxşar xəbərlər
Niderland özünün “Patriot” HHM sistemini Litvada yerləşdirəcək
Niderland təlimlər çərçivəsində özünün “Patriot” hava hücumundan müdafiə (HHM) sistemini Litvada quraşdıracaq. “Report” xəbər verir ki, bu barədə Litva Müdafiə...