ABŞ Ukraynaya 20 milyon dollar yardım edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Dövlət Sərhəd Xidməti və ABŞ-ın Kiyevdəki səfirliyi ölkə sərhədinin şimal və şərq hissələrinin təhlükəsizliyinin gücləndirilməsinə dair birgə plan imzalayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, planın həyata keçirilməsi üçün 20 milyon ABŞ dolları ayrılıb.
Layihə Ukraynanın milli təhlükəsizliyinə yaranan təhdidlərə qarşı çıxmaq üçün sərhədçilərə texniki yardım, o cümlədən Dövlət Sərhəd Xidmətini pilotsuz uçuş sistemləri, xüsusi texnika, videomonitorinq avadanlıqları, rabitə vasitələri, avadanlıqlarla təmin etməyi nəzərdə tutur.
Oxşar xəbərlər
Ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb - FOTO
Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbə...