ABŞ Türkiyəyə satmadığı qırıcını bu ölkəyə satacaq
12
sen
2019
16:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Deprtamenti 32 ədəd “F-35 A” tipli qırıcı təyyarənin Polşaya satışına razılıq verib.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 6,5 milyard dollar təşkil edir.Polşa Rusiya istehsalı olan “MiG-29” və “Su-22” təyyarələrini yeniləmək məqsədilə ABŞ qırıcılarını almaq üçün mayda müraciət etmişdi.Polşa rəhbərliyinin hərbi arsenalın müasirləşdirilməsi istiqamətində 2026-cı ilə qədər 47 milyard dollar xərcləyəcəyi bildirilir.Xatırladaq ki, Polşa 2017-ci ildə dəyəri 10,5 milyard dollar olan “Patriot” hava hücumundan müdafiə sistemi və 2 milyard dollarlıq hərbi-texniki təchizat almışdı.Qeyd edək ki, Türkiyə də “F-35” almaq istəsə də, ABŞ satış etmək istəməmişdi. Nəticədə Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksi alıb.
Oxşar xəbərlər
Azərbaycan biznesmenlərinin Türkiyəyə qoyduğu investisiyanın həcmi açıqlandı
Türkiyə İqtisadui Siyasət Araşdırmaları Fondu (TEPAV) 2018-ci ilin iyunundan 2019-cu ilin iyununa qədər Türkiyəyə qoyulan investisiyalarla bağlı statistikanı aç...