ABŞ İsrailə RƏM sistemləri və sursatlar verib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hava hücumundan müdafiə sistemlər, artilleriya və sursatlar İsrail Müdafiə Qüvvələrinə təhvil verib.
BAKU.WS xəbər verir ki, bu barədə “Defence News” nəşri ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
"Söhbət sursat və hava hücumundan müdafiə sistemlərindən gedir. Biz bu silahlarla İsrail Müdafiə Qüvvələrini daim təchiz etmək niyyətindəyik", - deyə Pentaqon rəhbəri Lloyd Ostin İsrailə səfəri öncəsi jurnalistlərə bildirib.
Buna qədər Pentaqon sözçüsü demişdi ki, Birləşmiş Ştatlar İsrailə "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemi üçün dəqiq idarə olunan hərbi sursatlar və raketlər verəcək. Qurum rəsmisi sursatların sayı barədə məlumat verməmişdi.
Oxşar xəbərlər
ABŞ Ukraynaya 375 milyon dollarlıq yeni yardım paketi ayırıb - SİYAHI
ABŞ Müdafiə Nazirliyi Ukraynanın hərbi ehtiyacları ödəmək üçün əlavə yardım elan edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat ya...