ABŞ Rusiyanın bu iki bankına qarşı tam bloklayıcı sanksiyalar tətbiq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ administrasiyası "Sberbank" və "Alfa-Bank"a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
"Biz Rusiyanın ən böyük banklarının və Mərkəzi Bankının ABŞ-la hər hansı bir iş görməsini dayandırmaqla, bütün aktivlərini dondurmaqla maliyyə zərbəsini kəskin şəkildə gücləndiririk”, - nümayəndə deyib.
Qeyd edək ki, ABŞ xarici borcuna xidmət edə bilməməsi üçün Rusiyanı dollara çıxış imkanından məhrum etməyə çalışır.
ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi həmçinin Rusiya Prezidenti Vladimir Putinin “böyük uşaqları”, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızı, eləcə də Rusiya Təhlükəsizlik Şurasının bir sıra üzvlərinə qarşı sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.
Oxşar xəbərlər
ABŞ Putin və Lavrovun ailə üzvlərinə sanksiya tətbiq etdi - FOTO
ABŞ Rusiya prezidenti Vladimir Putinin qızları - Katerina Tixonova və Mariya Putinaya sanksiya tətbiq edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, ABŞ Putinin...