ABŞ Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib
23
fev
2024
19:22
ABŞ ixrac məhdudiyyətli tədbirlərini genişləndirərək Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Nazirliyindən bildirilib.
Məlumata görə, nazirlik Rusiyanın 63, Türkiyənin 16, Çinin 8, Qırğız Respublikasının isə 2 şirkətinə sanksiya tətbiq edib.
Qeyd olunub ki, siyahıya xarici ticarət, elektronika, sənaye avadanlıqlarının tədarükü, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil edilib.
Oxşar xəbərlər
ABŞ Çinin 31 təşkilatını qara siyahıya salıb
ABŞ Ticarət Nazirliyi Çindən olan 31 təşkilatı qara siyahıya salıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Bildirilir ki, T...