ABŞ ordusunda kiçik zabit işləyən instaqram fenomeni intihar edib - FOTO

ABŞ ordusunda kiçik zabit işləyən instaqram fenomeni intihar edib - FOTO
Foto
Siyasət 1

ABŞ ordusunda kiçik zabit kimi xidmət edən və eyni zamanda fitnes və moda məzmunlu paylaşımları ilə instaqramda da fenomen olan 34 yaşlı Mişel Yanq intihar edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ondan geriyə 12 yaşlı qızı qalıb.

Mişel 16 il hərbidə çalışıb, ilk dəfə təxminən 18 yaşında ikən hərbi xidmətə başlayıb. Bu müddət ərzində o, iki dəfə Əfqanıstanda xidmət edib. Ölüm xəbəri çıxmazdan bir neçə gün əvvəl Yanq instaqramda qızı Qreysi üçün ad günü mesajı paylaşıb.

"Həyatımın ən gözəl tərəfi sənin anan olmağımdır", - deyə o, paylaşımında yazıbmış.

Young İnstaqramda qadınlar üçün idman geyimləri şirkətində modellik edirdi.

Sentyabr ayında intiharın qarşısının alınması həftəsi üçün yazdığı bir yazıda Mişel qardaşının 14 yaşındaykən özünü öldürdüyünü xatırladıb və çətin vəziyyətdə olan hər kəsi kömək istəməyə çağırıb. Yanqın intiharına nəyin səbəb olduğu hələlik bəlli deyil.

Son xəbərlər