ABŞ müdafiə naziri: “Ukraynada hərbi əməliyyatlar həlledici mərhələdədir”
“Ukraynada hərbi əməliyyatlar həlledici mərhələyə qədəm qoyub. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati əhəmiyyət kəsb edir və təcili olmalıdır”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
Rəsmi Kiyevə hərbi yardımı koordinasiya edən qrupun iclasında çıxış edən L.Ostin bildirib ki, Rusiya Ukraynadan, onun müttəfiqlərindən daha çox tab gətirə biləcəyini düşünür, lakin bu, onun ən son səhvlərindədir.
O əlavə edib ki, təmas qrupu Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli dəstək vermək üçün yeni yollar tapmağa davam edəcək.
Nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Qərbin onlara verdiyi HIMARS, M-270 reaktiv yaylım atəş sistemləri və 155 mm-lik haubitsalarda ustalıq nümayiş etdiriblər. O qeyd edib ki, bu vasitələr Donbasdakı döyüşlərdə həlledici əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
Ukraynadakı müharibə bizim müharibəmizdir - Britaniya XİN başçısından TARİXİ ÇIXIŞ
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass paytaxt Londonda ölkənin alyanslara və kollektiv təhlükəsizliyə yeni yanaşmasını təsvir edən tarixi əhəmiyyətə...