ABŞ Maliyyə Nazirliyi Çin banklarını sanksiyalarla hədələyib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin maliyyə naziri Canet Yellen Çin banklarını Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına maddi dəstək göstərəcəkləri təqdirdə sanksiyalarla hədələyib.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, söhbət Pekinin ABŞ dollarına çıxışını əngəlləməkdən gedir.
Bildirilib ki, ABŞ maliyyə naziri Çin banklarına xəbərdarlıq edib: “Rusiya müdafiə sənayesinə hərbi və ya ikili təyinatlı malların tədarükünü imkan verən böyük əməliyyatları asanlaşdıran istənilən banklar özlərini riskə məruz qoyurlar”.
“Bloomberg” vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyinin beynəlxalq səviyyədə fəaliyyət göstərən banklara münasibətdə əsas silahı onların dollara çıxışını əngəlləmək qabiliyyətidir.
Oxşar xəbərlər
Bloomberg: Rusiyanın ən varlıları sərvətlərini 11 milyard dollardan çox artırıb - FOTO
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 11,084 milyard dollar artıb. BAKU.WS xəbər verir ki, bu, şirkət səhmlərinin dəyəri əsasında h...