ABŞ-lı səyyah: “Azərbaycanın azad edilmiş torpaqlarındakı dağıntılar məni sarsıtdı”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan işğal zamanı dağıdılmış bütün əraziləri uğurla bərpa edəcək”.
BAKU.WS xəər verir ki, bunu Report-a ABŞ səyyahı Luiza Yu bildirib.
“İki gündür Azərbaycandayam və bu ölkənin gözəlliyinə heyran olmuşam. Buranı çox bəyənirəm. İşğaldan azad edilmiş ərazilərin çox gözəl təbiəti var. Amma burada dağıntıların şahidi oldum. Bu, məni sarsıtdı. Əminəm ki, Azərbaycan bu əraziləri uğurla bərpa edəcək”, - o deyib.
Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyah Azərbaycanın azad edilmiş ərazilərinə səfərə başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq. Nümayəndə heyəti Xocavənd rayonundakı Azıx mağarasını ziyarətdən sonra Şuşaya yollanacaq. Daha sonra onlar Ağdama, Kəlbəcərə və Laçına gedəcəklər.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...