ABŞ kəşfiyyatı: Rusiya və İran ABŞ-dakı seçkilərin nəticələrinə təsir etməyə çalışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və İran ABŞ-dakı seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə dezinformasiya yayıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, məlumat ABŞ kəşfiyyat xidmətinin çərşənbə axşamı (16 mart – Red) günü dərc ediləcək hesabatında yer alıb.
Hesabata əsasən, Rusiya ABŞ-dakı seçki kampaniyası dövründə Co Baydenə qarşı qarayaxma kampaniyası aparıb.
“Eyni zamanda, ABŞ kəşfiyyatı Rusiya Federasiyasının 2020 seçkiləri zamanı Amerika seçki infrastrukturuna giriş cəhdlərini qeydə almayıb. ABŞ kəşfiyyatı iddia edir ki, İran Donald Trampın qalib gəlməsini əngəlləmək üçün ABŞ seçkilərinə təsir göstərməyə çalışıb”.
Oxşar xəbərlər
Donald Trampın impiçmenti müzakirəyə çıxarılacaq
ABŞ prezidenti Donald Trampın impiçmenti məsələsi Konqresin Nümayəndələr Palatasında yanvarın 13-də və ya 14-də müzakirə olunacaq. BAKU.WS report-a istinadən xə...