ABŞ-Kanada sərhədində partlayış - 2 ölü, 1 yaralı - VİDEO

ABŞ-Kanada sərhədində partlayış - 2 ölü, 1 yaralı - VİDEO
Video
Siyasət 0

Ötən gün ABŞ-Kanada sərhədində partlayış olub.

BAKU.WS xəbər verir ki, partlayış Niaqara şəlaləsi yaxınlığındakı Rainbow körüpüsündən ABŞ-a gələn avtomobildə baş verib.

Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb.

Həyatını itirən iki nəfərin partlayış zamanı maşında olduğu, yaralanan şəxsin isə sərhəd patrul xidmətinin əməkdaşı olduğu qeyd edilib.

ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) baş vermiş hadisənin terror hücumu olduğunu ehtimal edir. Hazırda partlayışın baş vermə səbəbi araşdırılır.

Son xəbərlər