ABŞ-ın birinci xanımı yenidən koronavirusa yoluxdu
ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub.
BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.
Hazırda o, Delaver ştatındakı evində istirahət edir. Cill Baydenin müsbət koronavirus testindən sonra prezident Co Bayden də yoxlanışdan keçib. Onun test cavabları isə neqativ olub.
Məlumata görə, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bu həftə prezidentə mütəmadi olaraq test ediləcəyini və simptomlarına nəzarət ediləcəyini söyləyib.
Xatırladaq ki, 72 yaşlı Cill Bayden ötən ilin avqustunda koronavirusa yoluxmuşdu və onun yüngül simptomlarla virusa yoluxduğu bildirilmişdi.
Oxşar xəbərlər
ABŞ-nin birinci xanımı dəri xərçəngindən əməliyyat olundu
ABŞ prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Bayden dəri xərçəngindən əməliyyat olunub. BAKU.WS xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev mə...