ABŞ husilərə qarşı hücuma hazırlaşır - 19 ölkə dəstək verdi

ABŞ husilərə qarşı hücuma hazırlaşır - 19 ölkə dəstək verdi
Siyasət 0

Birləşmiş Ştatların Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün başladacağı "Rifahın mühafizəsi" əməliyyatında 19 ölkə iştirak etməyə hazır olduqlarını bəyan edib.

Bu barədə "Bloomberg" agentliyi yazıb.

Məlumata görə, əməliyyata dəstək verən ölkələrin əksəriyyəti adlarının açıqlanmasını istəməyib.

Bu əməliyyat nəticəsində ABŞ Yəməndə Husilərə qarşı hərbi hücumu nərərdən keçirir.

Pentaqon Qırmızı dənizdəki çoxmillətli qüvvələrin təhlükəni aradan qaldırmaq üçün kifayət etmədiyi qənaətindədir.

Son xəbərlər