ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edir
Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarına, o cümlədən məmur və onların ailə üzvlərinə viza sanksiyaları tətbiq edir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller brifinqdə açıqlayıb.
O vurğulayıb ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və bu paketə Gürcüstanın hakim partiyasının üzvləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir.
“Biz ümidliyik ki, Gürcüstan liderləri öz hərəkətlərinə yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar.
Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”, – sözçü vurğulayıb.
Oxşar xəbərlər
Gürcüstanda aksiyaçılar barrikadalar qurmağa başlayıblar - YENİLƏNİB-3
Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar xüsusi təyinatlılara qarşı barrikadalar qurmağa başlayıblar. "Report"un yerli bürosu xəbər verir ki, polislə aksiya i...