ABŞ dövlət katibi Ermənistan və Azərbaycana çağırış edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinken adından yaydığı bəyanatda deyilir.
“ABŞ Ermənistan və Azərbaycan sərhədində baş verən toqquşmalardan dərin narahatdır və buna görə də tərəfləri atəşi dərhal dayandırmağa çağırır”, - bəyanatda vurğulanıb.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...