ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamentinin nümayəndəsi, Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker 6-13-iyunda Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
Qeyd edilir ki, o, Tbilisidə, Bakıda və Yerevanda olacaq. “Riker Gürcüstanın hökumət nümayəndələri, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək”, - deyə ABŞ Dövlət Departamentindən bildirilir. O, xüsusən Rusiya-Gürcüstan münasibətlərini müzakirə edəcək.
Analoji görüşlər Azərbaycan və Ermənistanda da keçiriləcək. Diplomat iki ölkənin münasibətləri ilə bağlı müzakirələr aparacaq.
ABŞ rəsmisi Azərbaycanda dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri, iş adamları ilə görüşlər keçirməyi planlaşdırır.
Dövlət Departamentindən bildirilib ki, səfərin məqsədi prioritet təşkil edən ikitərəfli, regional məsələlərin inkişafı, regionda demokratik və iqtisadi inkişafa dəstək verməkdir.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...