ABŞ Dövlət Departamenti Baydenin 24 aprel bəyanatını şərh edib
Yeniliklərdən dərhal xəbərdar olun
1915-ci il hadisələri ilə əlaqədar ABŞ prezidenti Co Baydenin "soyqırımı" olaraq xarakterizə etdiyi son açıqlamalarının məqsədi ABŞ-ın məhkəmələri qarşısında Türkiyənin "suveren immuniteti"nə təsir etmək olmayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Ev rəhbərinin 24 apreldəki bəyanatının qanuni baxımdan hansı məna daşıya biləcəyi ilə bağlı sualını şərh edərkən deyib.
Dovlət Departamentindən bildirilib: “Prezidentin son açıqlaması “Xarici Dövlət Toxunulmazlığı” Qanunu ilə tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb”.
Xatırladaq ki, C.Bayden 1915-ci il Osmanlı hadisələri ilə bağlı çıxışı zamanı "soyqırımı" sözündən istifadə edib.
Oxşar xəbərlər
Yusuf Halaçoğlu "erməni soyqırımı"nın iç üzünü açdı
Türk Tarix Cəmiyyətinin keçmiş prezidenti, "Erməni köçü" və "Sürgündən soyqırıma" kitablarının müəllifi, professor Yusuf Halaçoğlu ABŞ prezidenti Cozef Baydenin...