ABŞ Dövlət Departamenti: “Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək”

ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya idxalından asılılığını azaltmağa kömək edəcək.
Bunu çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan hədsiz dərəcədə asılı olan bütün ölkələr başqa təchizat mənbələri axtarırlar.
Bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə edirik”, - Donfrid bildirib.
Mənbə: TASS
Oxşar xəbərlər
Bakı Enerji Həftəsi başlayıb, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib - YENİLƏNİB
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, Az...
