ABŞ-də tornado fəlakəti: Çox sayda insan həyatını itirib - VİDEO

ABŞ-də tornado fəlakəti: Çox sayda insan həyatını itirib - VİDEO
Foto
Siyasət 143

ABŞ-nin mərkəzi hissəsində baş verən tornadolar çoxlu sayda insanın ölümünə və yaşayış məntəqələrinə böyük ziyan vurub.

Xüsusilə Ayova ştatının Qrinfild şəhərini vuran qoyan fırtınada çoxlu sayda insan həyatını itirib.

Ayova ştatının polisi çoxlu sayda ölən və yaralananın olmasını təsdiqləsə də, bölgədə axtarış-xilasetmə işləri davam etdiyi üçün rəqəm verməkdən çəkinib.

Qubernator Kim Reynolds isə Qrinfilddə keçirdiyi mətbuat konfransında bildirib ki, ştatın 15 əyalətində fövqəladə vəziyyət elan olunub və prezident Co Baydendən Ayova ştatına federal fəlakət yardımını təsdiq etməyi xahiş edəcək.

Qrinfild şəhərinin təxminən yarısında bir çox iş yeri, ev və nəqliyyat vasitələri güclü fırtına və tornadolar nəticəsində zədələnib.

Ayova ilə yanaşı Nebraska, İllinoys və Viskonsin ştatları da güclü yağış, külək və tornadolardan təsirlənib, ştatların bəzi yerlərində elektrik enerjisi kəsilib.

[media=https://x.com/bclemms/status/1793063922355826857]

[media=https://x.com/JSydejkoKCCI/status/1793312664963186780]

[media=https://x.com/MaxTredan/status/1793033394789417162]

Son xəbərlər