ABŞ-da qanlı gecə - İnsanlar küçədə öldürüldü - VİDEO

ABŞ-da qanlı gecə - İnsanlar küçədə öldürüldü - VİDEO
Video
Siyasət 352

ABŞ-ın İndianapolis şəhərində "FedEx" poçt şirkətinin binası yaxınlığında atışma olub.

BAKU.WS “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bildirilib ki, atışma barədə məlumat polisə dünən saat 23 radələrində verilib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Atışma nəticəsində 8 nəfər ölüb, çoxlu sayda yaralıların olduğu deyilir.

Polis hadisəni törədən şəxsin intihar etdiyini bildirib. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Son xəbərlər