ABŞ-da 105 yaşlı qadın dünya rekordu qırıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Qasırğa" ləqəbli amerikalı Culiya Hawkins öz yaş qrupunda 100 metr məsafəyə qaçışda yeni dünya rekordu vurub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, 105 yaşında qadın məsafəni 1 dəqiqə 2,95 saniyəyə qət edib. Yarışlar Luiziana ştatında keçirilib.
"Yaşlandıqca daha çox hobbiniz olmalıdır. Aktiv qalmaq mənim əsas hobbilərimdən biridir", - deyə Hawkins bildirib.
O, qaçış yarışlarına 100 yaşı tamam olandan sonra başlayıb. Bundan əvvəl o, velosiped sürməklə məşğul olub. 2017-ci ildə o, 100-104 yaş qrupunda 100 metr məsafəni 40,12 saniyəyə qaçaraq dünya rekorduna imza atıb. 2019-cu ildə o, 100 metr məsafəni 46,07 saniyəyə qət edib.
Oxşar xəbərlər
Yerin ən yaşlı adamının 118 yaşı tamam oldu
Dünyanın Yaponiyada yaşayan ən yaşlı sakini Kane Tanakanın yanvarın 2-də 118 yaşı tamam olub. BAKU.WS “report”a istinadən xəbər verir ki, məlumatı yerli NHK tel...