Rusiyaya, Çinə və İrana bağlı olmayan rəsmi Karakas...

Rusiyaya, Çinə və İrana bağlı olmayan rəsmi Karakas...
Video
Siyasət 282

Bir çoxlarını sadə bir sualın cavabı maraqlandırır: ABŞ Venesueladan nə istəyir?

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, ABŞ-nin Venesuelladan istədikləri əsasən bir neçə strateji və siyasi məqsəd ətrafında cəmlənir.

ABŞ Venesuellada Nikolas Maduro hakimiyyətini qeyri-legitim hesab edir, azad və ədalətli seçkilər keçirilməsini, müxalifətə təzyiqlərin dayandırılmasını tələb edir. Yəni məqsəd təkcə şəxs yox, idarəetmə modelinin dəyişməsidir.

Venesuella dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malikdir, ABŞ üçün enerji bazarında strateji əhəmiyyət daşıyır. ABŞ istəyir ki, Venesuellanın nefti şəffaf və Qərb nəzarətinə açıq bazara çıxsın, bu resurslar Rusiya, Çin və İranın təsir dairəsində qalmasın.

Venesuella Rusiyanın, Çinin və İranın Latın Amerikasındakı əsas dayaq nöqtəsidir. ABŞ üçün bu ölkə öz "arxa həyətində" anti-Qərb blokunun möhkəmlənməsi deməkdir.

ABŞ korrupsiya, insan haqları pozuntuları, narkotrafik iddiaları səbəbi ilə sanksiyalar tətbiq edir. Bu sanksiyalar təzyiq aləti kimi istifadə olunur. Venesuelladan milyonlarla insan qaçqın kimi qonşu ölkələrə və ABŞ-yə axışır, bu isə ABŞ üçün sosial və təhlükəsizlik problemi yaradır.

ABŞ Venesuelladan neftdən daha çox şey istəyir. İstəyir ki, rəsmi Karakas öz təsir dairəsində olan, Qərblə işləyən, Rusiyaya, Çinə və İrana bağlı olmayan, idarəolunan və proqnozlaşdırılan bir xəttə gəlsin.

Ətraflı Baku TV-nin materialında:

Son xəbərlər