ABŞ senatoru: Azərbaycan nümayəndələri ilə görüşlər əlaqələrimizin genişləndirilməsində səmərəlidir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ ilə Azərbaycan nümayəndələri arasında görüşlər əlaqələrin genişləndirilməsində səmərəlidir.
BAKU.WS xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin yanvarın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə deyib.
M.Mallin qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...