ABŞ səfirliyi: Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, səfirlik bu barədə rəsmi sosial media hesablarında yazıb.
"Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin ü...