Abbas Əraqçi: "İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik"

Abbas Əraqçi: İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik
Siyasət 26

Bakıya səfər regiondankənar məsələləri müzakirə etmək üçün olduqca yaxşı vaxtda baş tutub.

BAKU.WS xəbər verir ki, bunu İran XİN rəhbəri Abbas Əraqçi Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, bildirib ki, Bakıya səfəri iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün vacibdir:

"Bu gün danışıqlar münasibətlər siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edib. Bu gün Prezident İlham Əliyevlə də görüşüm oldu. Bu görüş çərçivəsində bütün önəmli mövzulara toxunuldu. Bizim birgə mənafelərimiz çoxdur. Düzdür, iki ölkə arasında fikir ayrılıqları var, amma danışıqlar yolunu bütün münasibətlərdə öncəlik kimi tutmuşuq".

Daha sonra nazir İran Prezidentinin Bakıya builki səfərlərini xatırladıb:

"Biz də İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik", - deyə A. Əraqçi vurğulayıb.

Son xəbərlər