AB Türkiyə ilə yüksəksəviyyəli danışıqlara hazırdır

AB Türkiyə ilə yüksəksəviyyəli danışıqlara hazırdır
Siyasət 101

Avropa Birliyi liderləri sammitində AB-nin Türkiyə ilə tədricən, mütənasib və geri qaytarılabilən şəkildə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğu bildirilib.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, AB liderləri Türkiyə ilə ikitərəfli maraq doğuran sahələrdə yüksəksəviyyəli dialoq başlatmağa hazır olduqlarını vurğulayıblar.

Bundan başqa, miqrasiya sahəsində Türkiyə ilə əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub. AB Komissiyasından da Türkiyə ilə əməkdaşlığın xalqlararası təmas və səyahət mövzularında inkişaf istiqamətinin araşdırılması tapşırılıb.

Son xəbərlər