ABŞ-ın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

ABŞ-ın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
Siyasət 695
ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litsenberger Bakıya gəlib.BAKU.WS-in məlumatına görə, E.Litsenbergerin Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi bu ilin yanvarında Senat tərəfindən təsdiq edilmişdi.O bu postda 2018-ci ilin martında Azərbaycanda diplomatik missiyasını başa vuran Robert Sekutanı əvəzləyib.E.Litsenberger müxtəlif vaxtlarda Marşall Fondunda baş elmi işçi, ABŞ-ın NATO missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini, həmçinin ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində işləyib.Səfir jurnalistlərə açıqlanmasında bildirib ki, o və həyat yoldaşı Bakıya gəlməyə şad olublar: "Mən səbirsizliklə ABŞ səfiri kimi öz missiyamın icrasına başlamağı, insanlarla, mədəniyyətlə və rəsmilərlə tanış olmağı, həmçinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsi və möhkəmlənməsi üzərində işi gözləyirəm”.BAKU.WS

Son xəbərlər