Amerika Azərbaycanın notasına cavab verdi - Dağlıq Qarabağ rejimini tanımırıq
13
mar
2018
21:01
Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini dəyişməyib.ABŞ-ın Azərbaycandakı səfirliyindən BAKU.WS-ə daxil olan bəyanatda belə deyilir."Nə ABŞ, nə də başqa dövlətlər, o cümlədən Ermənistan özü də, Dağlıq Qarabağdakı mövcud rejimini tanımırlar. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun proseslə bağlı fəaliyyətini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktı prinsipləri - gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".Xatırladaq ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dünən XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan ABŞ-a nota verib
"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ konqresinin inzibati b...