Azərbaycan Putinin göndərdiyi yeni səfiri qəbul etmədi
28
noy
2017
09:22
Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb.BAKU.WS xəbər verir ki, bu barədə virtualaz.org-a Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbələrdən bildirilib.Qeyd edək ki, diplomatik qaydalara əsasən, səfirin təyinatından əvvəl qəbul edən tərəfdən aqreman- etimadnamə verilməsinə ilkin razılıq istənilir.Azərbaycan Georgi Zuyevlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman verməkdən imtina edib. Virtualaz.org-a məlum olub ki, bu, Georgi Zuyevin qatı ermənipərəst mövqeyi ilə bağlıdır.Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Vladimir Doroxini bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.Bundan dərhal sonra məlum olub ki, onu bu postda Rusiya Xarici İşlər Nazirliyi Kadrlar departamentinin direktor müavini vəzifəsində çalışan Georgi Zuyevlə əvəz etmək istəyirlər. Yeri gəlmişkən, o da bəlli olub ki, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfir kimi G.Zuyevin namizədliyini hələ iyulun əvvəlində təsdiqləyibmiş...BAKU.WS
Oxşar xəbərlər
Putin Azərbaycandakı səfirini geri çağırdı
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Azərbaycankı səfirini geri çağırıb.BAKU.WS-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər yayıb.Agentliyin...