ABŞ-da əsgərlərə saqqal saxlamağa icazə veriləcək (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ ordusu ölkədə hərbi xidmət imkanını genişləndirməyə çalışır. Bundan sonra, istisnasız olaraq bütün dini azlıqlara hərbi xidmət zamanı əmmamə, saqqal və hicab taxmalarına icazə veriləcək. Belə ki, ABŞ ordusunda hərbçilərin xarici görünüşünün yeni standartları açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ ordusunun sözçüsü Erik Fenninq məlumat yayıb. Onun sözlərinə görə, bunda əsas məqsəd siqhlərin və müsəlmanların oruya cəlb edilməsidir.
"Bizim əsas məqsədimiz əsgərlərin döyüş hazırlığı və təhlükəsizliyi ilə dini təcrübələrini balanslaşdırmaqdır",-deyə müdafiə nazirin müavini, polkovnik-leytenant Rendi Teylor bildirib. Yeni qaydalar siqhizm koalisiyası tərəfində isti qarşılanıb. Yeni qanunlara görə, əsgərlərə dini qaydalara uyğun olaraq saqqal saxlamağa (5 sm-ə qədər) icazə verilir. Bundan başqa əsgərlərə dastar, türban, taxmağa da icazə veriləcək.Qeyd edək ki, ABŞ ordusunda siqhilər Birinci və İkinci dünya müharibələri və Fars körfəzində müharibə dövründə xidmət edib. Lakin Vyetnamda müharibədən sonra aparılan islahatlar nəticəsində xarici görünüşə görə, onları hərbi xidmətə aparmaq daha çətin olub.
BAKU.WS
Oxşar xəbərlər
"Hər saqqal qoyan din xadimi ola bilməz"
Hər bir məscid dindarların, dini icmanın və ianələrin hesabına yaşamalıdır. Ancaq indi məscidlərin hamısı ianə istəyir. BAKU.WS APA-ya istinadən xəbər verir k...