AAYDA: "Qarabağdakı layihələrə xaricdən yalnız türk şirkətləri cəlb olunub"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki yol layihələrinə xaricdən yalnız Türkiyə şirkətləri cəlb olunub".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün yeni alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.
"Həmin ərazilərdə Agentliyin öz təsərrüfatlari, Azərbaycan sirkətləri və Turkiyədən olan 5 şirkət iştirak edir. Bunlardan başqa hər hansı xarici ölkədən heç bir təşkilat yoxdur", - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...