Aİ və Azərbaycan ortaq maraqları, əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) Azərbaycan ortaq maraqları və əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında dördüncü Təhlükəsizlik Dialoqu çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora iştirak ediblər. Tərəflər dialoq zamanı ortaq maraqları və əməkdaşlığın genişləndirilməsi, daha sabit region naminə birgə işləmək yollarını müzakirə ediblər.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...