Aİ Ukraynaya kəşfiyyat peyki ilə dəstək olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) Madriddəki peyk mərkəzindən Ukraynada Rusiya qoşunlarının hərəkəti ilə bağlı kəşfiyyat məlumatları təqdim etməyi xahiş edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bildirib. O deyib ki, Aİ ölkələri Kiyevə hərbi dəstəyini daha da artırmaqda qətiyyətlidir.
Borrelin sözlərinə görə, Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar Avropa üçün baha başa gələcək: “Ancaq biz bunun bədəlini ödəməyə hazır olmalıyıq, yoxsa gələcəkdə daha yüksək bədəl ödəməli olacağıq”.
Ali Nümayəndə vurğulayıb ki, Rusiya ilə münasibətlər bundan sonra ticarətlə müəyyən edilməyəcək.
Oxşar xəbərlər
Kanada da Putin və Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi - FOTO
Kanada Ukraynaya hücuma görə Rusiyaya qarşı sərt sanksiyalar paketi tətbiq edib. BAKU.WS xəbər verir ki, bu haqda Kanadanın maliyyə naziri Kristia Friland şəxsi...