Aİ Türkiyəyə qarşı sanksiyaları dondurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiya planlarını dondurub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, bu barədə nəşrə avropalı və ameriaklı dörd diplomat məlumat verib.
Qeyd olunub ki, Aİ yeni bir hərəkət planı tətbiq etməyi qərara alıb:
“Aİ Türkiyəyə aid Türk Petrol Korporasiyasının (TPAO) vəzifəli şəxslərinə qarşı tətbiq olunan sanksiyaları dondurub. Bu, Ankaranın diplomatik həmlələrinin bəhrəsini gördüyünü göstərir”.
“Reuters”a danışan diplomatlar ABŞ Prezidenti Co Baydenin Brüsselə Türkiyəyə sanksiya tətbiq olunmaması məsələsində təzyiq göstərdiyini bildiriblər:
“Başqa Türkiyə vətəndaşlarının da qara siyahıya salınması dayandırılıb. Hazırda iqtisadi sanksiyalar gündəmdə deyil”.
Qeyd edək ki, Aİ liderləri ötən ilin dekabrında Türkiyənin Aralıq dənizinin şərqindəki təbii qaz yataqlarında qazma fəaliyyətləri ilə bağlı müəyyən türkiyəli rəsmilərin aktivlərinin dondurulması və səyahət qadağalarının tətbiqini təklif etmişdi.
Oxşar xəbərlər
AB uyğurlara verilən işgəncə səbəbilə Çinə sanksiya tətbiq etdi
Avropa Birliyi ölkələri Çinin Uyğur Muxtar Respublikasında uyğurlara qarşı olan təzyiq və insan hüquqlarının pozulması səbəbilə bəzi çinli rəsmilərə sanksiya tə...