Aİ iyunda Ukrayna ilə təhlükəsizliyə dair sənəd imzalaya bilər
21
iyn
2024
21:28
Avropa İttifaqı (Aİ) iyunda Ukrayna ilə ölkəyə təhlükəsizlik zəmanəti verəcək sənəd imzalamağa ümid edir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin yüksək vəzifəli nümayəndəsi təşkilatın xarici işlər nazirlərinin iyunun 24-də baş tutacaq görüşündən əvvəl açıqlayıb.
“Nazirlərin Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklərini gözləyirik. Mətni tezliklə yekunlaşdıracağıq və ayın sonuna qədər imzalanacağına ümid edirik”, - o bildirib.
Oxşar xəbərlər
Putin: “Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı sazişin imzalanacağına ümid edir”
“Rusiya İran və Azərbaycanla dəmir yollarının və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edi...