Aİ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını güclü şəkildə dəstəkləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəkləyir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter“ hesabındakı paylaşımında belə qeyd edib. O, Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun olduğunu vurğulayıb.
“Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum: Ermənistanla müsbət dinamikanın ardınca “indi sülhün bərqərar olunmasının, əməkdaşlığın əsasının qoyulmasının” və “praktiki icraya keçilməsinin vaxtıdır”. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir”, - deyə Klaar qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər”...