Aİ Azərbaycandan səyahətlərə İCAZƏ VERDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.
BAKU.WS APA-ya istinadən verdiyi xəbərə görə, qərar bu gün Aİ səfirlərinin iclasında verilib. Yeni qərarla Kanada, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı siyahıya əlavə edilib.
Xatırladaq ki, ötən il Aİ koronavirus pandemiyasına görə təşkilat xaricindəki ölkələrdən qeyri-vacib səyahətləri dayandırmışdı.
Təhlükəsiz səyahət siyahısı Aİ-yə üzv ölkələr üçün məcburi deyil, bu siyahı məhdudiyyətin hansı ölkələrə aid edildiyini göstərir.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN - YENİLƏNİB/FOTO
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev...