Dağlıq Qarabağla bağlı daha bir BƏYANAT

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Ermənistan və Azərbaycan arasındakı son hadisələrdən, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlığını bildirir.
BAKU.WS xəbər verir ki, təşkilat bununla bağlı bəyanat yayıb.
"ICESCO tərəfləri maksimum təmkin göstərməyə, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə əməl etməyə çağırır.
Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladan ICESCO tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə çağırır", - bəyanatda deyilir.
Oxşar xəbərlər
İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib
Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. BAKU.WS xəbər verir ki,...