SİZİN REKLAM BURADA!
055 213 76 73


"Son məlumatlara görə, terrorçu YPG-nin nəzarətində olan və təxmini sayı 750 nəfərdən ibarət olan “Nübar Ozanyan” erməni əsilli suriyalılar artıq Dağlıq Qarabağda yerləşiblər".

BAKU.WS xəbər verir ki, bunu ATLAS araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Ermənistan müxtəlif ölkələrin terrorçularını, o cümlədən ASALA və PKK-ya bağlı erməni batalyonları Dağlıq Qarabağa toplayır.

"Belə olan halda bizə nə mane olur ki, türk legionu formalaşdırmayaq? Ordumuzla paralel türkdilli, o cümlədən dost dövlətlərdən Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan toplamaq olar. Qərb dövlətlərində də bu praktika var. Orduları da var, legionları və müqavilə əsasında çalışan hərbiləşdirilmiş şirkətlərlə əməkdaşlıqları da mövcuddur.

Legionlarında müqavilə əsasında müxtəlif dövlətlərin vətəndaşları xidmət edir və yüksək maaş müqabilində ən çətin tapşırıqları yerinə yetirirlər. Bunu biz də edə bilərik. Bunun həm də geosiyası əhəmiyyəti var, Azərbaycanın tək olmadığını göstərərik".

BAKU.WS