Oktyabrın 1-dən Kiyev-Bakı aviareysi bərpa oluna bilər

Oktyabrın 1-dən etibarən "Ukraine International Airlines" (UIA) şirkəti Kiyevdən 5 beynəlxalq istiqamət üzrə uçuşlar həyata keçirməyi planlaşdırır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qeyd olunan tarixdən etibarən Kiyevdən Brüsselə (Belçika), Düsseldorfa (Almaniya), Londona (Böyük Britaniya), Praqaya (Çexiya) və Bakıya (Azərbaycan) uçuşlar həyata keçirilməsi nəzərdə tutulub.
Bundan başqa, UIA Amsterdam, London, Paris, Brüssel, Milan, Düsseldorf, Münhen və Praqa şəhərlərindən Kiyev üzərindən Dubay, Qahirə, Bakı, İstanbul, Tel-Əviv və İrəvana tranzit reyslər təklif edir.
Həmçinin Kiyev üzərindən Dubay, Qahirə, Bakı və İrəvan şəhərlərindən Amsterdam, London, Paris, Brüssel, Milan, Düsseldorf, Münhen, Praqa, Tel-Əviv və İstanbula tranzit reyslər təklif olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...