Prezident “Daşkəsən Filizsaflaşdırma” ASC-ni ləğv etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.
BAKU.WS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün, Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...