VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil”.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, bizim tariximiz, dilimiz, ürfanımız, mədəniyyətimiz birdir və bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasında münasibətlər həqiqi qardaşlıq münasibətləridir:

“İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vaz keçilməzdir. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaqdır. Bundan heç kimin şübhəsi olmasın”.

H.Akar sözlərinə əlavə edib ki, Türkiyə və Azərbaycanın əməkdaşlığı son dərəcə əhəmiyyətlidir və icra edilən təlimlər də səylərimiz bir göstəricisidir.

BAKU.WS