"Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır" - Mövlud Çavuşoğlu

Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır - Mövlud Çavuşoğlu
Siyasət 237

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra mətbuat konfransında açıqlama verib.

BAKU.WS xəbər verir ki, Çavuşoğlu Azərbaycan və Türkiyə arasında pasportun tətbiq edilməməsinin vacib olduğunu vurğulayıb:

"Vizaları ləğv etdik. Amma bu kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar. Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik”.

Daha sonra Ceyhun Bayramov çıxış edərək yaxın zamanda Azərbaycanla Türkiyə arasında 29 müqavilənin imzalanacağını deyib.

Son xəbərlər