Vilayət Eyvazovdan növbəti TƏYİNATLAR

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
BAKU.WS unikal.org-a istinadla xəbər verir ki, general-polkovnik Vilayət Eyvazov əmri ilə İlham Məmmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin olunub.
O, bu təyinata qədər Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə polis polkovnik-leytenantı Samir Qurbanov Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin edilib.
O isə bu təyinata qədər Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...
